Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilir

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 5-ci turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də heyətində yer aldığı Zaqreb “Dinamo”su bu turda Qazaxıstanın “Astana” komandasının qonağı olacaq.

Türkiyə təmsilçilərindən “Beşiktaş” doğma meydanda Belçika “Brügge”si ilə üz-üzə gələcək. “Fənərbaxça” isə “Nordsyelland”ın qonağı olacaq.

Qeyd edək ki, Avropa Konfrans Liqasında qrup mərhələsinin sonuncu – 5-ci turunun oyunları dekabrın 16-da keçiriləcək.

Avropa Konfrans Liqası
Qrup mərhələsi, 5-ci tur
30 noyabr

A qrupu

“Klaksvik” (Farer adaları) – “Slovan” (Bratislava, Slovakiya)
“Olimpiya” (Sloveniya) – “Lill” (Fransa)

Xal: Lill – 8. Slovan – 7. Klaksvik – 4. Olimpiya – 3.

B qrupu

“Breydablik” (İslandiya) – “Makkabi” (Təl-Əviv, İsrail)
“Gent” (Belçika) – “Zarya” (Ukrayna)

Xal: Gent – 10. Makkabi – 6. Zarya – 4. Breydablik – 0.

C qrupu

“Ballkani” (Kosovo) – “Viktoriya” (Plzen, Çexiya)
“Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)

Xal: Viktoriya – 12. Ballkani – 4. Astana – 4. Dinamo – 3.

D qrupu

“Beşiktaş” (Türkiyə) – “Brügge” (Belçika)
“Bodo Qlimt” (Norveç) – “Luqano” (İsveçrə)

Xal: Brügge – 10. Bodo Qlimt – 7. Luqano – 4. Beşiktaş – 1.

E qrupu

“Aston Villa” (İngiltərə) – “Legiya” (Polşa)
“Alkmar” (Niderland) – “Zrinski” (Bosniya və Herseqovina)

Xal: Legiya – 9. Aston Villa – 9. Zrinski – 3. Alkmar – 3.

F qrupu

“Çukariçki” (Serbiya) – “Ferentsvaroş” (Macarıstan)
“Fiorentina” (İtaliya) – “Genk” (Belçika)

Xal: Fiorentina – 8. Ferentsvaroş – 6. Genk – 6. Çukariçki – 0.

G qrupu

HJK (Finlandiya) – “Aberdin” (Şotlandiya)
“Ayntraxt” (Almaniya) – PAOK (Yunanıstan)

Xal: PAOK – 10. Ayntraxt – 9. Aberdin – 2. HJK – 1.

H qrupu

“Nordsyelland” (Danimarka) – “Fənərbaxça” (Türkiyə)
“Spartak” (Trnava, Slovakiya) – “Ludoqorets” (Bolqarıstan)

Xal: Fənərbaxça – 9. Nordsyelland – 7. Ludoqorets – 6. Spartak – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: