“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının 5-ci turunda “Qalatasaray”la səfər oyununu (3:3) şərh edib.
Arena.az BBC-yə istinadən holland mütəxəssisin bu barədə fikirlərini diqqətinizə çatdırır:
“Biz hesabda irəlidə idik, sonra qəfildən üstünlüyümüzü itirdik. Oyunumuzdan razıyam. Bununla belə, komandanı müdafiədəki çıxışına görə tənqid etməliyəm. Biz öz qapımız ağzında tez-tez səhv etməməliyik. Bugünkü oyundan dərs almalıyıq.
Ümumiyyətlə, mən çox şadam, çünki bu komandanın üslubu göz qabağındadır – fəal, hərəki və cəsarətlidir. Oyundan razı qaldım, çünki çoxlu qol imkanları yaratdıq. Digər tərəfdən, müəyyən bir qalıq qaldı, çünki bu görüşdə qalib gəlməliydik.
Komandanın üstünlüyünü itirməsində günahkar kimdir? Həmişə mən. Bunun üçün yalnız mən cavabdehəm. Biz düzgün istiqamətdə hərəkət edirik. Mən bilirəm ki, biz uzunmüddətli perspektivdə uğur qazanacağıq”, deyə Erik Ten Haq bildirib.
5 turdan sonra “Mançester Yunayted”in yer aldığı “A” qrupuna 13 xalla Almaniya nəhəngi “Bayern” liderlik edir. “Kopenhagen” və “Qalatasaray” 5 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşürlər. “Mançester Yunayted” isə 4 xalla autsayderdir.
Sonuncu, 6-cı turda qrup ikinciliyinin taleyi həll olunacaq: “Qırmızı şeytanlar” lider “Bayer”i məğlub edib “Kopenhagen” isə “Qalatasaray” oyununda heç-heçə üçün duaçı olacaqlar.


