“Qalatasaray” Çempionlar Liqasında mübarizəni dayandırdı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin sonuncu – 6-cı turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qrupları çərçivəsində 8 qarşılaşma baş tutub.

A qrupunda Türkiyə çempionu “Qalatasaray” səfərdə “Kopenhagen”lə (Danimarka) üz-üzə gəlib. Qrupdan çıxmağı təmin etmiş Almaniya nəhəngi “Bayern” isə İngiltərədə “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirib. Almanlar son oyunda da qalib gəliblər. Nəticədə, MY qrup sonuncusu olub. Lakin “Qalatasaray” bu tarixi fürsətdən yararlana bilməyib. İstanbul klubu taleyi öz əlində olmasına baxmayaraq, Danimarkada məğlub olaraq qrup üçüncülüyü ilə kifayətlənib.

B qrupunda “Sevilya” (İspaniya) Fransada “Lans”la qarşılaşıb və məğlub olaraq həm qrupda sonuncu yeri tutub, həm də avrokuboklarla vidalaşıb. Niderlandda isə yerli PSV İngiltərə təmsilçisi “Arsenal”la üz-üzə gəlib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

C qrupunda Madrid “Real”ı Almaniyada “Union Berlin”in müqavimətini çətinliklə qırıb. “Napoli” (İtaliya) isə “Braqa” (Portuqaliya) ilə ev oyunundan inamlı qələbə ilə ayrılmaqla növbəti mərhələyə vəsiqəni təmin edib.

D qrupunda pley-offa vəsiqə qazanmış iki komanda – “İnter” (İtaliya) və “Real Sosyedad” (İspaniya) qrup liderliyi üçün mübarizə aparıblar. Bu görüşdə qalib müəyyənləşməyib. Nəticədə İspaniya təmsilçisi qrup birincisi olub, İtaliya nəhəngi isə ikinci yerlə kifayətlənib. Portuqaliya “Benfika”sı da səfərdə Avstriyanın “Zalsburq” komandasına qalib gəlib.

UEFA Çempionlar Liqasında qrup mərhələsinə sabah – dekabrın 13-də yekun vurulacaq.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
12 dekabr

A qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Bayern” (Almaniya) 0:1
Qol: Koman, 71.

“Kopenhagen” (Danimarka) – “Qalatasaray” (Türkiyə) 1:0
Qol: Lerager, 58.

Xal: Bayern – 16. Kopenhagen – 8. Qalatasaray – 5. Mançester Yunayted – 4.

B qrupu

“Lans” (Fransa) – “Sevilya” (İspaniya) 2:1
Qollar: Frankovski, 63-pen. Fulqini, 90+6 – S.Ramos, 79-pen.

PSV (Niderland) – “Arsenal” (İngiltərə) 1:1
Qollar: Vertessen, 50 – Nketia, 42.

Xal: Arsenal – 13. PSV – 9. Lans – 8. Sevilya – 2.

C qrupu

“Napoli” (İtaliya) – “Braqa” (Portuqaliya) 2:0
Qollar: S.Saatçı, 9-öz qapısına. Osimhen, 33.

“Union Berlin” (Almaniya) – “Real” (İspaniya) 2:3
Qollar: Folland, 45+1. A.Kral, 86 – Xoselu, 61; 72. Sebalyos, 89.

Xal: Real – 18. Napoli – 10. Braqa – 4. Union Berlin – 2.

D qrupu

“İnter” (İtaliya) – “Real Sosyedad” (İspaniya) 0:0

“Zalsburq” (Avstriya) – “Benfika” (Portuqaliya) 1:3
Qollar: Suçiç, 57 – Di Mariya, 32. Rafa Silva, 45+1. Kabral, 90+2.

Xal: Real Sosyedad – 12. İnter – 12. Zalsburq – 4. Benfika – 4.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: