FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Türkiyə Super Liqasında hakimin döyüldüyü biabırçı hadisəyə münasibətini bildirib.
Arena.az məlumat verir ki, sədr Kollina Super Liqanın 15-ci turu çərçivəsində “Rizəspor”la oyundan (1:1) sonra hakim Halil Umut Melerin “Ankaragücü”nün prezidenti tərəfindən döyülməsi ilə əlaqədar, bəyanatda münasibətini açıqlayıb:
“Halil Umut Meler çox yaxşı hakim və çox yaxşı insandır. Nə hakim, nə də bir insan olaraq baş verənlərə layiq deyil. Oyunun sonunda hücuma məruz qalanda o, sadəcə olaraq öz işini görürdü. Halil Umut Melerin döyülərkən ot üzərində uzanaraq əlləri ilə başını qorumasının görüntüləri dəhşətlidir.
Səhv də olsa, verdiyi qərara görə hakimə hücum edilməməlidir. “Gözəl oyun”u sevən hər kəs hərəkətə keçməli və nəsə etməlidir. Çox gec olmadan,” – FIFA-nın “X” sosial şəbəkə hesabı üzərindən dərc edilmiş bəyanatında deyilir.


