Macarıstan polisi bu gün keçiriləcək Avropa Konfrans Liqasının “Ferentsvaroş” – “Fiorentina” oyunu ərəfəsində azarkeşləri həbs edib.
Arena.az məlumat verir ki, hadisə barədə sosial şəbəkələr vaitəsilə yayılmış xəbərlərdən məlum olub.
Polis Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunun “Ferentsvaroş” – “Fiorentina” oyununa buyurmuş niqablı bir neçə azarkeşi saxlayıb. Qanun keşikçiləri “qəhrəmanlıq” iddiasında olan bu şəxlərin üzərindən bıçaq, metal çubuqlar, müxtəlif alətlərin tutacaqları, daş, pirotexniki vasitələr müsadirə edərək, onları dərhal həbsə alıb. İki macar və bir italiyan saxlanılıb. Daha sonra onlara qarşı ictimai təhlükəsizlik üçün xüsusilə təhlükəli olan əşyaları saxlamaq maddəsi üzrə ittiham irəli sürülüb.
Hazırda Avropa Konfrans Liqasının qrup mərhələsində keçirilmiş 5 oyundan sonra “Fiorentina” 11 xalla “F” qrupunun lideridir. “Ferentsvaroş” isə 9 xalla 2-ci yerdə qərarlaşıb.


