2023/2024 mövsümündə UEFA-dan pul mükafatı olaraq Çempionlar Liqasından ən çox qazanc əldə etmiş klublar məlum olub.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Mənbəyə görə, siyahıya “Real” başçılıq edir. “Kral klubu” 79,8 milyon avro məbləğində mükafat alıb. 2-ci yerdə 76,6 milyon avro məbləğində qazancla “Bayern”, 3-cü yerdə isə 76,4 milyonla mükafatla “Mançester Siti” qərarlaşıb.
Çempionlar Liqasından mükafat olaraq qazanc əldə etmiş klubların ilk onluğunu təqdim edirik:
- “Real” (İspaniya), 79,8 milyon avro;
- “Bayern” (Almaniya), 76,6 milyon avro;
- “Mançester Siti” (İngiltərə), 76,4 milyon avro;
- “Barselona” (İspaniya), 71,5 milyon avro;
- “Atletiko Madrid” (İspaniya), 71 milyon avro;
- PSJ (Fransa), 63,8 milyon avro;
- “Portu” (Portuqaliya), 63,5 milyon avro;
- “Borussiya Dortmund” (Almaniya), 63,5 milyon avro;
- “Arsenal” (İngiltərə), 63,3 milyon avro;
- “Napoli” (İtaliya), 58 milyon avro.


