“Arsenal”ın idman direktoru Edu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasının “topçular” üçün nəticəsini şərh edib.
Arena.az xatırladır ki, 1/8 finalda İngiltərə nəhəngi Portuqaliya təmsilçisi “Portu” ilə qarşılaşacaq.
“Bizim üçün ən vacib olan futbolu yaxşı səviyyədə saxlamaqdır. Bu, bizim əsas məqsədimizdir. Biz oyun baxışlarında irəliləməyə davam etmək istəyirik. “Portu” ilə oyuna gəlincə, oyunla bağlı planlarımız işə yaxınlaşdıqca aydınlaşacaq.
“Arsenal”’ Çempionlar Liqasında mümkün qədər uzağa getmək niyyətindədir. Amma yaxşı oynamağa davam etmək, yaxşı nəticələr göstərmək və bacardığımız ən yaxşı futbolu sərgiləmək də eyni dərəcədə vacibdir”, – Edu “Arsenal Buzz” dərgisinə açıqlamasında bildirib.
Dekabrın 18-də UEFA-nın Nyon şəhərindəki (İsveçrə) mənzil-qərargahında UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. 1/8 final mərhələsinin ilk oyunları 2024-cü il fevralın 13-ü, 14-ü, 20-i və 21-də, cavab oyunları isə martın 5-i, 6-ı, 12-i və 13-də keçiriləcək.
UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün finalı 2024-cü il iyunun 1-də Londonun məşhur “Uembli” stadionunda keçiriləcək.
Vurğulayaq ki, “Arsenal” 7 mövsümdür ki, Çempionlar Liqasının pley-off mərhələsində oynamayıb. Sonuncu dəfə 2017-ci ildə “topçular” 1/8 finalda Almaniya nəhəngi “Bayern”lə qarşılaşıblar və ümumilikdə 2:10 hesabı ilə məğlub olublar.


