Şahruddin “Qaziantep”ə qarşı 90 dəqiqə oynadı – Video

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 17-ci tur çərçivəsində səfərdə “Qaziantep”lə qarşılaşıb.

Dörd qolun qeydə alındığı qarşılaşmada futbolçumuzun komandası heç-heçə ilə kifayətlənib – 2:2. Meydan sahibləri Şahruddini 17 və 54-cü dəqiqələrdə məyus ediblər. Onun komanda yoldaşları isə buraxılan qolların əvəzini 71 və 73-cü dəqiqələrdə çıxıblar.

Məhəmmədəliyev bu görüşə start heyətdə çıxıb və sonadək oynayıb.

“Adana Dəmirspor” bu heç-heçədən sonra 24 xalla 20 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. “Qaziantep” isə 16 xalla 15-cidir.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev bu yay “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da cəmi 4 matç keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: