“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 18-ci turunda “topçular”ın “Liverpul”la heç-heçəsini (1:1) şərh edib.
Arena.az BBC-yə istinadən ispan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“İnanılmaz oyundur, bu liqada 20 ildə gördüyüm ən gərgin oyunlardan biri idi. Bir çox məqamlarda üstün idik, son 20 dəqiqədə bunu daha çox istəyirdik, amma heç-heçə ədalətli nəticədir. Hücum etmək və onlara fəsad yaratmağa qərarlıydıq. Bu, qaraşıqlıq yaradan komandadır, şaquli futbol oynamaqda dünyanın ən yaxşısıdır.
Olduğumuz yerdə olmaqdan xoşbəxtəm. Ailələrimizlə gözəl bir şam yeməyi yeyəcəyik, sonra isə işə qayıdacayıq. Böyük bir sınaq idi və biz buna dəqiq duruş gətirdik. Uşaqlar inanılmaz idi. Bu, tələbi yeni səviyyəyə qaldırmış iki komanda arasında inanılmaz oyun idi. Hər iki klub qalib gəlmək istəyirdi və qələbə üçün oynadı. Son 15-20 dəqiqədə komandamız həqiqətən qələbə qazanmaq istəyirdi, amma son üçdə birdə buna nail olmaq üçün keyfiyyətli imkan tapa bilmədik.
“Liverpul” şaquli oyun sürdürməkdə dünyanın ən yaxşı komandasıdır. Qabriel Jezus indicə imkan qazandı və amma beş saniyə sonra isə top bizim cərimə meydançamızda idi. Keçən il burada oynayanda onlara qarşı gərək olan bəzi vacib oyunçularımız, vacib ünsürlərimiz əskik idi. İndi isə biz bunlara malik idik”, deyə Arteta bildirib.
Turun mərkəzi görüşündəki heç-heçə sayəsində komandalar Premyer Liqanın turnir cədvəlində mövqelərini qoruyublar. 18 turdan sonra “Arsenal” 40 xalla liderliyini sürdürür, 39 xalla 2-ci olan “Liverpul” isə “topçular”ı daban-daban təqib edir.


