Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 12-ci turunun oyunları üçün hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Tura bu gün keçiriləcək 3 oyunla start veriləcək. 2023-cü ilin son oyunları isə sabah keçiriləcək.
Birinci Liqa
12-ci tur
25 dekabr
“İmişli” – “Mingəçevir”
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Mirnihat Seyidov, Kamil Aydınov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
H.Əliyev adına İmişli şəhər stadionu, 14:00.
“Araz Saatlı” – “İrəvan”
Hakimlər: Rövşən Rəcəbov, Zöhrab Abbasov, Aydın Baxşıyev, Nazim Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Saatlı OİK stadionu, 14:00.
“Karvan” – “Zaqatala”
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Səbuhi Soltanov, Vüqar Həsənli.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Yevlax şəhər stadionu, 14:00.
26 dekabr
“Qaradağ Lökbatan” – “Difai Ağsu”
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Şamaxı” – MOİK
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Sənan Atayev, Elvin Bayramov
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu, 14:00.


