Semih Kılıçsoy “Beşiktaş”la yeni müqaviləyə imza atdı


Türkiyənin “Beşiktaş” klubunun gənc hücumçusu Semih Kılıçsoy Super Liqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 18 yaşlı futbolçunun yeni sözləşməsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Semih Kılıçsoy “Beşiktaş”ın öz yetirməsidir. O, bu mövsüm “qara qartallar”ın heyətində 12 oyuna çıxıb, 2 qola imza atıb. Gənc hücumçunun İstanbul klubunun əsas komandasındakı ümumi statistikası isə belədir: 16 oyun, 2 qol.

Hazırda Türkiyənin U-19 millisində forma geyinən Kılıçsoy, daha öncə U-14, U-15 və U-17-də də oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: