Türkiyə Kubokunun formatı dəyişdirildi

Türkiyə Futbol Federasiyası (TFF) gələn mövsümdən etibarən Türkiyə Kubokunun fərqli formatda keçiriləcəyini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni format 2024/2025 mövsümündən tətbiq olunacaq. Yeni formatın əsas özəlliklərindən biri qrup mərhələsinin tətbiqidir. Belə ki, Türkiyə kubokunun 24 komandanın iştirakı ilə 6 komandadan ibarət 4 qrupda oynanılacağı açıqlanıb. Qruplarında ilk 2 yeri tutan komanda 1/4 finala yüksələcək.

Növbəti mövsüm ölkəni avrokuboklarda təmsil edəcək 5 kollektiv birbaşa qrupda yer alacaq. Digər 19 komanda isə seçmə mərhələlərdən sonra iştirak hüququ əldə edəcəklər. Təsnifat və final mərhələləri bir oyundan ibarət olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: