“Fiorentina” komandanın gənc italyan sağ cinah müdafiəçisi Nikkolo Pyerossini “Salernitana”ya icarəyə göndərib.
Arena.az bu barədə Florensiya klubunun rəsmi saytına istinadən məlumat verir.
“Bənövşələr” Pyerossini cari mövsümün sonuna qədər icarəyə veriblər. İcarə məbləği və transferin maliyyə təfərrüatı açıqlanmır.
Pyerossi “Fiorentina”nın öz yetirməsidir. Nikkolo “Pro Patria” və “Recina”da icarə əsasında çıxış edib. “Bənövşələr”in məqsədi gənc futbolçusunu təkmilləşdirib yetişdirməkdir.
Cari mövsümün ilk yarısında Pyerossi “Fiorentina”nın heyətində cəmi 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Nikkolo Pyerossi İtaliyanın U-18 və U-21 yığmalarında çıxış edib, əsas yığmaya isə hələ dəvət almayıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı italyan sağ cinah müdafiəçisinin transfer dəyərini 1,6 milyon avro məbləğində qiymətləndirir.


