Gözüyaşlı Mourinyo sevgi ilə yola salındı – Video

Məlum olduğu kimi, bu gün, yanvarın 16-da “Roma”nın baş məşqçisi Joze Mourinyo vəzifəsindən gözlənilmədən istefaya göndərilib.

Arena.az məlumat verir ki, portuqal mütəxəssis paytaxt klubunun düşərgəsini tərk edərkən, Mourinyonun yer aldığı avtomobil “canavarlar”ın azarkeşləri tərəfinfən əhatə edilib.

Paytaxt klubunun azarkeşləri “təşəkkürlər, mister”, deyə portuqal mütəxəssisi klub və komanda üçün etdikləri müqabilində duyğusalcasına müxtəlif ürək sözləri ilə yola salıblar. Gözləri dolmuş Mourinyo avtomobili əyləyərək, azarkeşlərlə vidalaşıb.

Vurğulanır ki, “canavarlar”ın azarkeşlərinin böyük əksəriyyəti “Roma” rəhbərliyinin Mourinyonu istefaya göndərmək qərarı ilə razılaşmır. Üstəlik, bu addımın mövsümün ortasında atılmasının heç də yaxşı təcrübə olmadığı təxmin edilir.

Xatırladaq ki, “Roma”nın sükanı arxasına klubun əfsanəsi Daniele De Rossi gətirilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: