Dieqo Simeone: “Qrizmann bəlkə də ən yaxşı qolunu vurdu”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya Kral Kubokunun 1/8 finalında “Real” üzərində qələbəsini (4:2) şərh edib.

Arena.az “Marca” nəşrinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Oyun kifayət qədər yaxşı idarə edildi. Onların hücumuna tab gətirdik, bu, çox yaxşı olduqları üçün çətin idi. Bizim öz məqamımızı gözləmək üçün səbrimiz çatdı. Antuan Qrizmann bəlkə də özünün ən yaxşı qolunu vurdu. Stadiona gəlib azarkeşlərin nə etdiyini görəndə bu, həyəcan vericidir. Bu, adamlarımıza daha çox sevinc bəxş etmək üçün daha çox çalışmaq istəyimizə səbəb olur”, deyə Dieqo Simeone bildirib.

Vurğulayaq ki, “Real” cari mövsümdə cəmi 2 dəfə məğlub olub və bu məğlubiyyətlətin hər ikisini “Atletiko” ilə oyunlarda alıb. Həmçinin “döşəkçilər” bu qələbə sayəsində “Real”ın 21 oyunluq məğlubiyyətsizlik silsiləsinə xitam veriblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: