Birinci Liqa: 13-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 2024-cü ildəki ilk – 13-cü turunun oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Turun bütün görüşləri Peşəkar Futbol Liqasının “Youtube” kanalında canlı yayımlanacaq.

Qeyd edək ki, 2024-cü ilin ilk oyunları 8-9 fevralda keçiriləcək.

Birinci Liqa
13-cü tur
8 fevral

MOİK – “Karvan”
Binə qəsəbə stadionu, 14:00.

“Difai Ağsu” – “Araz Saatlı”
Şamaxı şəhər stadionu, 14:30.

“Mingəçevir” – “Şamaxı”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

9 fevral

“İrəvan” – “İmişli”
Bakı. “ASK Arena”, 13:00.

“Zaqatala” – “Qaradağ Lökbatan”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: