Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 19-cu turu çərçivəsində baş tutan “Keçiörengücü” ilə oyunun iştirakçısı olub.
“Manisa” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Taşkın bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Bu, onun yenicə müqavilə bağladığı Manisanın eyniadlı klubundakı 2-ci matçı olub.
Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan azad agent kimi keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var.
19 turdan sonra “Manisa” 23 xalla 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.


