“Kral klubu”nun televiziyası “Real”ın oyunlarında hakimlikdən narazı olan “Barselona”nın baş məşqçisi Xavinin sözlərinə münasibət bildirib.
Arena.az xatırladır ki, Xavi İspaniya La Liqasının 21-ci turunda qalmaqallı “Real” – “Almeriya” oyununda (3:2) baş vermiş mübahisəli oyun məqamlarında hakimin qərarlarına narazı münasibətini açıqlamışdı:
“Cari Liqada qalib olmaq çox çətin olacaq. Məni qane etməyən məqamlar var”, deyə “Barselona”nın mətbuat xidməti Xavinin mövqeyini açıqlamışdı.
Xatırladaq ki, sözügedən oyunda hakimin guya “Real”a tərəf olması və 0:2 məğlub ikən “kral klubu”nun qələbəsinə “yardım” etməsi kimi iddialar oyundan sonra əsassızlığa uğrayıb. Belə ki, İspaniya Hakimlər Texniki Komitəsi baş hakimin VAR-la danışıqlarını ictimailəşdirib, həmçinin mübahisəli məqamların təhlilini ortaya qoyub. Oyunun hərəki gərginliyində və sonra qonaq klubun düşərgəsinin bu məqamlara və hakimin qərarlarına şübhəli münasibəti isə hisslərin coşğunluğu kimi qiymətləndirilib.
“Real”ın klub televiziyası isə Xavinin cavabını verib:
“20 il ərzində “Barselona” hakimlər arasında ikinci şəxsə maaş ödəyib. Xavinin “Barselona”nın oyunçusu kimi 600-dən çox oyunu şübhə altındadır. Biz bunu demirik, buna görə klubu təqsirləndirirlər. Xavi “Barselona”nın oyunçusu olduğu müddətdə bəzi oyunçular və hakimlər arasında ikinci şəxsin oğluna pul ödəyiblər.
“Real” bu məsələyə hörmətlə yanaşıb, amma hakim, onun öz təbirincə desək, “Barselona”nın bu məbləği heç bir şey müqabilində ödəməsini axmaqlıq hesab edir”, – AS dərgisi “kral klubu”nun televiziyasından sitat gətirir.
Xatırladaq ki, İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyranın işi üzrə “Barselona”ya qarşı rəsmən rüşvətxorluq ittihamı irəli sürülüb. Bu iş hələ də acı bağırsaq kimi uzanır və istintaq altındadır. Təqsiri sübuta yetiriləcəyi halda “Barselona”nın nəinki bu müddətdə qazandığı qənimətlrdən məhrum edilməsi, hətta bir klub olaraq ləğvi ehtimalı var.


