Bundesliqa: “Bayern”ə təxirə salınmış matçda bir qol bəs etdi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 13-cü turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyununda son çempion “Bayern” doğma meydanda “Union Berlin”lə üz-üzə gəlib.

Qarşılaşmanın taleyini bir qol həll edib. Minimal hesabla qalib gələn “Bayern” lider “Bayer”lə arasındakı xal fərqini azaldıb.

Hazırda 18 turdan sonra Leverkuzen “Bayer”i 48 xalla vahid liderdir. “Bayern” isə 44 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 34 xalı olan “Ştutqart” qapayır.

Almaniya, Bundesliqa
13-cü turun oyunu

24 yanvar

Bayern – Union Berlin 1:0
Qol: R.Gerreyro, 46.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: