Bu gün futbol üzrə Fransa Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi təşkil olunub.
Arena.az xəbər verir ki, püşk nəticəsində 1/4 finala vəsiqə uğrunda hansı komandaların üz-üzə gələcəyi müəyyənləşib.
Fransa Kubokunda 1/8 final mərhələsinin oyunları fevralın 6, 7 və 8-də keçiriləcək. Bu mərhələnin matçları bir oyundan ibarətdir.
Fransa Kuboku
1/8 final
Soşo – Renn
Monpelye – Nitsa
Olimpik (Lion) – Lill
Le Pyui – Laval
Strasburq – Havr
Sen Priest – Valansyen
PSJ – Brest
Ruan – Monako


