Səudiyyə Ərəbistanı kral ailəsi Fransada klub ala bilər

Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü, şahzadə Abdullah Saad Əbdüləziz Əl Səud Fransa Liqa 1 klublarından birini ala bilər.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, Abdullah Əl Səud müvafiq ehtimalı özü etiraf edib:

“Hesab edirəm ki, bu cür sərmayələr sərfəlidir. Marsel “Olimpik”i və “Monako” kimi komandalar yaxşı çıxış edirlər. Onlar daha da güclənib çempionluq qazana bilərlər. Bu klublardan birinin alışımı? Mümkünsüz heç nə yoxdur”, deyə şahzadə bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda, “Monako”nun rusiyalı sahibi Dmitri Rıbolovlevin 2011-ci ildə 66% səhmini əldə etdiyi “Monako”nun bu səhm payını satmaq seçimini nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı. Bu müddət ərzində “Monako” Fransa çempionu (2016/2017 mövsümü) olub, həmçinin Fransa Kubokunun (2020/2021 mövsümü) və Fransa Super Kubokunun (2017, 2018) final mərhələsinə yüksəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: