İspaniya Kral Futbol Federasiyası (RFEF) son vaxtlar La Liqada alovlanan çoxsaylı hakim qalmaqalları mənzərəsində bəyanat yayıb.
Arena.az məlumat verir ki, federasiya hakimlərinin müdafiəsinə qalxıb:
“RFEF öz işini yerinə yetirərkən qarşılaşdıqları hücumlar qarşısında hakimlərə dəstəyini, həmrəyliyini və etibarını göstərmək istəyir. Biz həmçinin VAR danışıqlarının müxtəlif audio yazılarının oğurlanmasını və yayılmasını qətiyyətlə pisləyirik, çünki bu, məlumatların qorunmasının açıq şəkildə pozulmasıdır. Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriləcək.
İspan hakimləri Avropada və bütün dünyada ölçüdür. Bunu hətta dünya çempionatı və ya Çempionlar Liqası kimi böyük turnirlərə hakimlərimizi təyin edən UEFA və FIFA da etiraf edir.
Hakimə hörmət futbol prosesinin bütün iştirakçıları üçün prinsip olmalıdır. Hakimlər bu idman növünün ayrılmaz hissəsidir. Onlara layiq olan hörmət sosial davranışın mühüm nümunəsidir. Hakimlərsiz futbol yoxdur!” – qurumun rəsmi bəyanatında deyilir.


