“Monako”ya 1 milyard dollar məbləğində qiymət qoyuldu

Rusiyalı milyarder, “Monako” klubunun sahibi Dmitri Rıbolovlev knyazlıq klubunun dəyərini 1 milyard dollar məbləğində qiymətləndirir.

Arena.az xəbər verir ki, bu barədə jurnalist Ben Jeykobs məlumat əldə edib.

Vurğulayaq ki, Rıbolovlev bu klubun səhmlərinin 67%-nə sahibdir. Bu halda rusiyalı milyarder klubun satışından 670 milyon dollar qazanc əldə edə bilər.

Daha əvvəl Rıbolovlevin knyazlıq təmsilçisini satmağa hazır olduğu bildirilirdi. Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü, şahzadə Abdullah Saad Əbdüləziz Əl Səud knyazlıq klubunu almaq ehtimalını etiraf etmişdi.

Dmitri Rıbolovlev “Monako”nun sahibi olduğu müddətdə knyazlıq klubu Fransa çempionu (2016/2017 mövsümü) olub, həmçinin Fransa Kubokunun (2020/2021 mövsümü) və Fransa Super Kubokunun (2017, 2018) final mərhələsinə yüksəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: