Türkiyənin “Fənərbaxça” klubunun mərkəz yarımmüdafiəçisi Migel Krespo icarə əsasında La Liqa təmsilçisi “Rayo Valyekano”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Fransa vətəndaşlığına da malik portuqaliyalı yarımmüdafiəçi mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götürülüb.
Migel Krespo 2021-ci ilin sentyabr ayında Portuqaliyanın “Eştoril” klubundan 1,5 milyon avro qarşılığında “Fənərbaxça”ya keçmişdi. 27 yaşlı futbolçu İstanbul təmsilçisində 80 oyuna çıxıb. O, bu oyunlarda 5 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
Krespo daha öncə “Eştoril”, “Neves” və “Merelinense” kimi klublarda da forma geyinib.


