“Araz Saatlı” iranlı hücumçusunu icarəyə verdi

Birinci Liqada mübarizə aparan, çempionatın aşkar autsayderi olan “Araz Saatlı” hücumçusu Elşən Sabbaği ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Saatlı klubu iranlı futbolçusunu MOİK-ə icarəyə verib. Hücumçu cari mövsümün sonuna qədər “hərbçilər”in uğurları üçün çalışacaq.

Bu günə qədər klubun heyətində 8 oyunda forma geyinən legioner 1 dəfə fərqlənib. Klub Elşənə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Araz Saatlı” 2023/2024 mövsümünün ilk dövrəsindən sonra cəmi 3 xalla Birinci Liqanın 10 iştirakçısı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: