Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 13-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.
“Zaqatala” ilə lider “Qaradağ Lökbatan” arasındakı oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Üç qolun qeydə alındığı “İrəvan” – “İmişli” matçında isə qonaqlar qələbə qazanıblar.
Birinci Liqa
13-cü tur
8 fevral
MOİK – “Karvan” 0:1
Qol: İzzət Müştaqov, 86.
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Sənan Atayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 14:00.
“Difai Ağsu” – “Araz Saatlı” 4:0
Qollar: Seymur Rəhimov, 5. Rəhman Quliyev, 17. Tahir Zeynalov, 73. Əbil Əbilov, 79.
Hakimlər: Tural Qurbanov, Teymur Teymurov, Tərlan Talıbzadə, Elvin Bayramov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu, 14:30.
“Mingəçevir” – “Şamaxı” 0:1
Qol: Emin Zamanov, 64-pen.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Mirnihad Seyidov, Vüqar Həsənli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.
9 fevral
“İrəvan” – “İmişli” 1:2
Qollar: Fəhmin Muradbəyli, 69 – Xəzər Mahmudov, 31. Xəqani Sadıxov, 87.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASK Arena”, 13:00.
“Zaqatala” – “Qaradağ Lökbatan” 1:1
Qollar: Uoren Lloyd, 54 – Mikel Badejo, 19.
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Orxan İbişov, Əkbər Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.



