Şahruddin oynadı, komandası ardıcıl 3-cü məğlubiyyətini aldı

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 25-ci tur çərçivəsində evdə “Kasımpaşa” ilə qarşılaşıb.

Şahruddinin komandası bu oyundan məğlubiyyətlə ilə ayrılıb – 1:3. Məhəmmədəliyev bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

“Adana Dəmirspor” bu məğlubiyyətdən sonra 31 xalla 20 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. “Kasımpaşa” isə 38 xalla 4-cü sıraya yüksəlib. Şahruddinin komandası artıq 8 oyundur (kubok görüşünü də nəzərə alsaq, 9 oyun) qələbə qazana bilmir. Komanda bu müddətdə 4 məğlubiyyətə üzülüb, 4 heç-heçə edib. Adanalılar ardıcıl 3 oyundur xala həsrətdirlər.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 13 matça çıxıb, 18 qol buraxıb, 2 “quru” matç keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: