Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, qarşılaşmalardan biri İtaliyada, digəri Fransada gerçəkləşəcək.
İtaliyada yerli “Latsio” komandası Almaniya nəhəngi “Bayern”i qəbul edəcək.
Fransa çempionu PSJ isə doğma azarkeşləri önündə İspaniya təmsilçisi “Real Sosyedad”ı sınağa çəkəcək.
Bu cütlərdə cavab matçları martın 5-də reallaşacaq.
Xatırladaq ki, ötən gün “Mançester Siti” (İngiltərə) Danimarkada “Kopenhagen”ə 3:1, “Real” (İspaniya) isə Almaniyada “Leypsiq”ə 1:0 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin qalan ilk oyunları 20 və 21 fevralda keçiriləcək. Bu mərhələyə mart ayında keçiriləcək cavab qarşılaşmaları ilə yekun vurulacaq.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
14 fevral
00:00. “Latsio” (İtaliya) – “Bayern” (Almaniya)
Baş hakim: Fransua Leteksye (Fransa).
Roma, “Stadio Olimpiko”.
00:00. PSJ (Fransa) – “Real Sosyedad” (İspaniya)
Baş hakim: Marko Quida (İtaliya).
Paris, “Park de Prens”.


