“Real Sosyedad”ın baş məşqçisi İmanol Alquasil ÇL-in 1/8 finalının ilk oyununda PSJ-yə səfər məğlubiyyətinə (0:2) aydınlıq gətirib.
Arena.az BBC-yə istinadən, ispaniyalı mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“İlk qoldan sonra bugünkü oyunu tərk etdik. Belə hədiyyələr vermək olmaz. Bunun hesabı daha çox ola bilərdi, ona görə də cəmi iki qol buraxdığımıza müəyyən dərəcədə şadam. gəlin, xəyal qurmağa davam edək. Birinci hissədə bugünkü kimi “Reale Arena”da oynasaq, yaxşı imkanımız var”.
Xatırladaq ki, komandalar arasında cavab oyunu martın 5-də San-Sebastyanda “Reale Arena”da baş tutacaq.


