“İnter” A Seriyasında məğlubiyyətsizlik silsiləsini sürdürür

Dünən, fevralın 16-da İtaliya A Seriyasının 25-ci turunda “İnter” evdə autsayder “Salernitana”nı 4:0 hesabı ilə darmadağın edib.

Arena.az məlumat verir ki, bu qələbə sayəsində “neradzurri” A Seriyasında məğlubiyyətsiz oyunlar silsiləsini 18 oyuna yüksəldib.

Milan təmsilçisi milli çempionat oyununda sonuncu dəfə ötən ilin sentyabr ayının 27-də, 6-cı tur çərçivəsində evdə “Sassuolo”ya məğlub olub – 1:2.

O vaxtdan bəri bu komanda A Seriyasında 15 qələbə qazanıb, 3 heç-heçə edib.

24 turdan sonra “neradzurri” 63 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir.

“İnter” növbəti oyununu 26-cı tur çərçivəsində “Leççe” ilə səfərdə keçirəcək. Oyun fevralın 25-də “Via Del Mare” stadionunda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 21:00-da başladacaq.

Xatırladaq ki, Simone İnzaqinin çalışdırdığı Milan təmsilçisi İtaliya A Seriyasında sonuncu çempionluğunu 2020/2021 mövsümündə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: