Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 15-ci turunun oyunlarına hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
15-ci tura sabah keçiriləcək iki oyunla start veriləcək. Turun qalan üç qarşılaşması isə cümə axşamına təsadüf edəcək.
Xatırladaq ki, geridə qalmış 14 turdan sonra “Şamaxı” və “Qaradağ Lökbatan”ın 28 xalı var. “İmişli” 26 xalla 3-cü pillədə qərarlaşıb. MOİK 25, “Karvan” 24, “İrəvan” 20, “Zaqatala” 18, “Mingəçevir” 14, “Difau Ağsu” 7, “Araz Saatlı” isə 4 xal toplayıb.
15-ci turun təyinatlarını təqdim edirik:
Birinci Liqa
15-ci tur
21 fevral
MOİK – “Qaradağ Lökbatan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.
“Karvan” – “Araz Saatlı”
Hakimlər: Elvin Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Şamil İmanzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Yevlax şəhər stadionu, 15:00.
22 fevral
“İrəvan” – “Mingəçevir”
Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Aydın Baxşıyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “ASK Arena”, 13:00.
“Zaqatala” – “İmişli”
Hakimlər: Nicat İsmayıllı, Asiman Əzizli, Vüqar Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zaqatala OİK stadionu, 14:00.
“Difai Ağsu” – “Şamaxı”
Hakimlər: Rövşən Rəcəbov, Zöhrab Abbasov, Elman Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu, 15:00.


