Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib.
Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Xəbərdə 22-28 fevral aralığında 2733 nəfərdən götürülmüş koronavirus testlərindən ikisinin pozitiv nəticə verdiyi diqqətə çatdırılıb.
Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında hər həftə koronavirus testləri ilə bağlı oxşar hesabatlar açıqlanır.


