Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 15-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Difai Ağsu” – “Şamaxı” matçında qapılara qol vurulmayıb. “İrəvan” “Mingəçevir”lə ev oyununda 3 xalı tək qolla qazanıb.
Üç qolun qeydə alındığı “Zaqatala” – “İmişli” matçında isə qonaqlar qələbə qazanıblar.
Beləliklə, 15 turdan sonra çempionatda üçhakimiyyətlilik yaranıb. “Şamaxı”, “Qaradağ Lökbatan” və “İmişli”nin 29 xalı var. 27 xala malik “Karvan” 4-cü pillədə qərarlaşıb. MOİK-in isə 26 xalı var.
Birinci Liqa
15-ci tur
21 fevral
MOİK – “Qaradağ Lökbatan” 2:2
Qollar: Elmir Rəhimzadə, 38; 90+9-pen – Fərid Mahmudov, 5. Rayan Gibero, 36.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.
“Karvan” – “Araz Saatlı” 1:0
Qol: Elvin İsmayılov, 80.
Hakimlər: Elvin Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Şamil İmanzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Yevlax şəhər stadionu, 15:00.
22 fevral
“İrəvan” – “Mingəçevir” 1:0
Qol: Samir Qurbanov, 15.
Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Aydın Baxşıyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “ASK Arena”, 13:00.
“Zaqatala” – “İmişli” 1:2
Qollar: Cavad Qurbanlı, 44 – Elşən Abdullayev, 4; 26.
Hakimlər: Nicat İsmayıllı, Asiman Əzizli, Vüqar Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zaqatala OİK stadionu, 14:00.
“Difai Ağsu” – “Şamaxı” 0:0
Hakimlər: Rövşən Rəcəbov, Zöhrab Abbasov, Elman Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu, 15:00.



