Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 16-cı turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Mingəçevir” – “Difai Ağsu” oyununda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“İmişli” doğma meydanda “Karvan”a 2 cavabsız qolla qalib gəlib. “Araz Saatlı”nın qonağı olan “Qaradağ Lökbatan” da turu inamlı qələbə ilə başa vurub.
Bu qələbələrdən sonra “Qaradağ Lökbatan” və “İmişli”nin xalı 32-yə çatıb və bu komandalar turnir cədvəlində şərikli liderlik edirlər. “Şamaxı” 30 xalla üçüncüdür.
Birinci Liqa
16-cı tur
28 fevral
“İrəvan” – MOİK 0:7
Qollar: Elvin Valiiev, 22; 90+3. Sabir Allahquliyev, 27-pen; 63. Elmir Rəhimzadə, 66; 77; 90+2.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Bakı. “ASK Arena”, 13:00.
“Şamaxı” – “Zaqatala” 1:1
Qollar: Səbayıl Bağırov, 13 – Nicat Oruclu, 90+4.
Hakimlər: Kamran Əliyev, Cəmil Quliyev, Anar Bədəlov, Əkbər Əhmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı şəhər stadionu, 15:00.
29 fevral
“Mingəçevir” – “Difai Ağsu” 1:1
Qollar: Vidadi Cəfərov, 38 – İlham Allahverdiyev, 22.
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zakir Şükürzadə, Kamil Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.
“İmişli” – “Karvan” 2:0
Qollar: Gilyerme Silva, 55. Xəzər Mahmudov, 90+6.
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Rahil Ramazanov, Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.
“Araz Saatlı” – “Qaradağ Lökbatan” 0:2
Qollar: Seyxan Fərəcov, 45+1-pen; 59.
Hakimlər: Cavid Cəlilov, Sənan Atayev, Samir Qaracayev, Murad Səlimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Saatlı OİK stadionu, 15:00.



