“Barselona”nın ispaniyalı sabiq mərkəz müdafiəçisi Jerar Pike Kataloniya klubunun rəhbərliyini sərt tənqid edib.
Arena.az AS dərgisinə istinadən, Pilkenin bu barədə fikirlərini təqdim edir:
“Barselonalılar həqiqəti bilmək istəyirlər. Tüstü satmaq və klubun Çempionlar Liqasını qazanacağını söyləmək olmaz, sonra yarışmağa pulunuz olmayacaq. Klubun indiki vəziyyətini bilmirəm, o qədər də yaxşı görünmür.
Əgər siz: “Qulaq asın, burada bir qəpik də yoxdur və yaxın iki-üç ildə biz akademiyanın tam gücü ilə işləyəcəyik”, desəniz, insanlar başa düşəcəklər”, deyə Jerar Pike klub rəhbərliyini dürüst olmağa səsləyib.
Hazırda “Barselona” İspaniya La Liqasının yarış cədvəlində 58 xalla üçüncü pillədə qərarlaşıb. La Liqaya 66 xalla “Real” başçılıq edir.


