“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqası 1/8 final mərhələsinin “Latsio” ilə cavab oyunu ərəfəsində xoşagəlməz hadisə yaşayıb.
Arena.az “Bild” nəşrinə istinadən məlumat verir ki, Tuxel sözügedən oyun ərəfəsində oyunla bağlı sazlamalar apararkən, ayağının baş barmağını sındırıb.
“Oyundan əvvəl ilhamlandırıcı nitqim mənim barmağıma baha başa gəldi. Dərhal kömək aldım. Amma artıq idman ayaqqabısını çıxarmağa cəsarətim yox idi, çünki yenidən geyinə bilməyəcəyimi düşünürəm. Nəyisə təpikləmişdim”, deyə alman mütəxəssis yaşadığı hadisə ilə bağlı danışıb.
Oyuna gəlincə, ilk oyunda Romada 0:1 hesabı ilə göləniləmdən məğlub olmuş “Bayern” cavab oyununda 3:0 hesabı ilə qalib gələrək, 1/4 finala vəsiqəsini təmin edib.


