MS və “Real” da Çempionlar Liqasında 1/4 finala çıxdılar

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin növbəti cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

UEFA Çempionlar Liqasının sonuncu qalibi “Mançester Siti” doğma meydanda “Kopenhagen”lə qarşılaşıb. “Şəhərlilər” ilk oyunda olduğu kimi, cavab görüşündə də 3:1 hesabıyla qalib gələrək 1/4 finala vəsiqə qazanıblar.

Madrid “Real”ı isə doğma meydanda “Leypsiq”lə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməsə də, səfərdəki matçdan qələbə ilə ayrılmış İspaniya nəhəngi növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, bir gün öncə “Bayern” (Almaniya) və PSJ (Fransa) də UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanmışdılar. Mərhələnin qalan oyunları 12-13 martda keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları

7 mart

“Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 3:1
Qollar: Akanji, 5. X.Alvares, 9. Haland, 45+3 – M.Elyunussi, 29.
Baş hakim: Espen Eskas (Norveç).
Mançester, “Etihad” stadionu.
İlk oyun – 3:1.

“Real” (İspaniya) – “Leypsiq” (Almaniya) 1:1
Qollar: Vinisius Junior, 65 – Orban, 68.
Baş hakim: Davide Massa (İtaliya).
Madrid, “Santiaqo Bernabeu”
İlk oyun – 1:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: