Birinci Liqa: MOİK – “Araz Saatlı” matçında 10 qol – Video

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 17-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda MOİK “Araz Saatlı” ilə qarşılaşıb. 10 oyun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar.

17-ci turun qalan görüşləri sabah baş tutacaq.

Birinci Liqa
17-ci tur
6 mart

MOİK – “Araz Saatlı” 6:4
Qollar: Elmir Rəhimzadə, 24; 86. Ramil Orucov, 38. Nicat Əskərov, 40. Nihad Qurbanlı, 58. Cavidan Abbaszadə, 82 – Nihad Qurbanlı, 43-öz qapısına. Sequn Omotoşo, 48. Şamil Abdullayev, 62. Rəvan Əvəzov, 76.
Hakimlər: Kamranbəy Rəhimov, Kərim Zeynalov, Asif Abdullayev, Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 14:30.

7 mart

“Qaradağ Lökbatan” – “İmişli”
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Lökbatan OİK stadionu, 15:00.

“Karvan” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yevlax şəhər stadionu, 15:00.

“Zaqatala” – “Mingəçevir”
Hakimlər: Rauf Allahverdiyev, Rahil Ramazanov, Orxan İbişov, Vüqar Həsənli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala OİK stadionu, 15:00.

“Difai Ağsu” – “İrəvan”
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Murad Səlimov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı şəhər stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: