Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 17-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
Lider “Qaradağ Lökbatan” “İmişli” ilə ev oyunundan minimal hesabla qalib ayrılıb.
Səfərdə “Karvan”la qarşılaşan “Şamaxı” rəqibini 6 cavabsız qolla məğlub edib.
“Difai Ağsu” da “İrəvan”la ev oyununda darmadağına sevinib.
“Zaqatala” isə “Mingəçevir”lə ev oyununda xalsız qalıb.
Birinci Liqa
17-ci tur
6 mart
MOİK – “Araz Saatlı” 6:4
Qollar: Elmir Rəhimzadə, 24; 86. Ramil Orucov, 38. Nicat Əskərov, 40. Nihad Qurbanlı, 58. Cavidan Abbaszadə, 82 – Nihad Qurbanlı, 43-öz qapısına. Sequn Omotoşo, 48. Şamil Abdullayev, 62. Rəvan Əvəzov, 76.
Hakimlər: Kamranbəy Rəhimov, Kərim Zeynalov, Asif Abdullayev, Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 14:30.
7 mart
“Qaradağ Lökbatan” – “İmişli” 1:0
Qol: Murad Qayalı, 85.
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Lökbatan OİK stadionu, 15:00.
“Karvan” – “Şamaxı” 0:6
Qollar: Səbayıl Bağırov, 13. Bəhruz Teymurov, 26; 90+2-pen. Cəlal Cəbrayılov, 31. Abbas Ağazadə, 38. Emin Zamanov, 86-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yevlax şəhər stadionu, 15:00.
“Zaqatala” – “Mingəçevir” 1:2
Qollar: Cavad Qurbanlı, 24 – Elnur Mirzəyev, 1. Nihad Xəlilli, 87.
Hakimlər: Rauf Allahverdiyev, Rahil Ramazanov, Orxan İbişov, Vüqar Həsənli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala OİK stadionu, 15:00.
“Difai Ağsu” – “İrəvan” 5:0
Qollar: İlham Allahverdiyev, 13-pen; 87; 90. Bayraməli Qurbanov, 23. Kristian Kamta, 65.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Murad Səlimov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı şəhər stadionu, 15:00.


