Çempionlar Liqasının 1/8 finalında “Kopenhagen”lə cavab oyunu İngiltərə təmsilçisi “Mançester Siti” üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Xosep Qvardiolanın yetirmələri “Kopenhagen”i hər iki oyunda 3:1 hesabı ilə məğlub ediblər.
Nəticədə İngiltərə çempionu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıblar.
Beləliklə, “şəhərlilər” Çempionlar Liqası tarixində ardıcıl 10 oyunda qalib gəlmiş 3-cü komanda olublar.
Mançesterlilərdən əvvəl buna yalnız “Real” (2015-ci ilin fevralına qədər 10 qələbə) və “Bayern” (2020-ci ilin noyabrına qədər 15 qələbə və 2013-cü ilin noyabrına qədər 10 qələbə) nail olublar.
Xatırladaq ki, “Mançester Siti” yarışın cari çümpionudur. “Şəhərlilər” ötənilki finalda “İnter”i məğlub ediblər – 1:0.


