İspaniya çempionu “Barselona”nın baş məşqçisi Xavi Erndandes UEFA Çempionlar Liqasındakı rəqabətdən söhbət açıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, ispan mütəxəssis bu barədə “Napoli” ilə oyundan əvvəl keçirdiyi mətbuat konfransında danışıb:
“Avropada “Barselona”dan daha yaxşı komandalar görmürəm, fərqli komandalar görürəm. İstənilən biri ilə rəqabət apara bilərik. Hər şey bizim iqtisadi şəraitimizdəki dəyişikliklərdən asılıdır”, – deyə Xavi bildirib.
Xatırladaq ki, Xavinin “Barselona”sı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Neapolda “Napoli” ilə 1:1 hesablı heç-heçə oynayıb.
Barselonada baş tutacaq cavab oyununa martın 12-də, Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.


