“Arsenal”la “Barselona” Çempionlar Liqasının 1/4 finalında

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gəlib.

Arena.az xəbər verir ki, qarşılaşmalardan biri İngiltərədə, digəri isə İspaniyada keçirilib.

“Arsenal” Londonda Portuqaliyanın “Portu” komandasını qəbul edib. İlk matç “Portu”nun qələbəsi ilə bitmişdi – 1:0. Cavab matçının da əsas vaxtı İngiltərə nəhənginin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Əlavə yarım saatda da başqa qol qeydə alınmadığından, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən London təmsilçisi növbəti mərhələyə adlayıb.

Digər oyunda “Barselona” İtaliya çempionu “Napoli”ni sınağa çəkib. Tərəflər arasındakı birinci görüş heç-heçə yekunlaşmışdı – 1:1. Cavab görüşündə qapılara dörd qol vurulub. 3:1 hesablı qələbəyə sevinən İspaniya çempionu ÇL-in 4/1 finalına vəsiqəni təmin edib.

Xatırladaq ki, daha əvvəl “Mançester Siti”, “Real”, PSJ və “Bayern” də UEFA Çempionlar Liqasının 1/4 finalına vəsiqə əldə etmişdilər. Qalan iki vəsiqənin sahibi sabah müəyyənləşəcək. İspaniyanın “Atletiko” (Madrid) klubu doğma meydanda İtaliya nəhəngi “İnter”lə üz-üzə gələcək. İlk oyunda Milan təmsilçisi 1:0 hesabıyla qalib gəlib. Almaniyanın “Borussiya” (Dortmund) komandası isə doğma meydanda PSV (Niderland) ilə üz-üzə gələcək. Niderlandda keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

UEFA Çempionlar Liqası
1/8 final
12 mart

“Arsenal” (İngiltərə) – “Portu” (Portuqaliya) 1:0 (penaltilər 4:2)
Qol: Trossard, 41.
Baş hakim: Kleman Turpen (Fransa).
London. “Emireyts” stadionu.
İlk oyun – 0:1.

“Barselona” (İspaniya) – “Napoli” (İtaliya) 3:1
Qollar: F.Lopes, 15. J.Kanselo, 17. Levandovski, 83 – Rrahmani, 30.
Baş hakim: Danni Makkeli (Niderland).
Barselona. “Olimpik Lyuis Kompanis” stadionu.
İlk oyun – 1:1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: