Arteta Konseysaonun iddiasına şərh vermədi, “Arsenal” təkzib etdi

“Arsenal”ın baş məşqçsi Mikel Arteta ÇL-in 1/8 finalında evdə “Portu” ilə cavab oyununda baş verdiyi bildirilən xoşagəlməzliyi “şərh” edib.

Arena.az məlumat verir ki, söhbət Mikel Artetanın “Portu”nun baş məşqçisi Serjio Konseysaonun ailəsini təhqir etməsindən gedir.

Daha əvvəl, portuqal mütəxəssis Serjio Konseysao ispan mütəxəssis Mikel Artetanın oyun zamanı onun ailəsini təhqir etdiyini bildirmişdi.

Arteta bu məqama dair ona sual ünvanlamış jurnalistə qısaca cavab verib:

“Şərhsiz. Çox sağ olun”, – italyan jurnalist-insayder Fabrisio Romano ispaniyalı mütəxəssisin cavabını təqdim edib.

Öz növbəsində “Arsenal”ın düşərgəsindən baş məşqçisinin ədəbsizliyi təkzib edilib. Klubun açıqlamasında Artetanın ümumiyyətlə rəqibin ünvanına hər hansı təhqirə yol vermədiyi vurğulanıb.

Təxmin edilir ki, UEFA-nın İntizam Komitəsi bu məsələni araşdırıb müvafiq qərarını verəcək.

Xatırladaq ki, oyunun əsas və əlavə vaxtı “Arsenal”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə “Portu”ya səfərdəki 0:1 hesablı məğlubiyyətlə tarazlıq yaradıb və komandalar qalibi penaltilər silsiləsində müəyyən ediblər. “Topçular” “əjdahalar”ı 4:2 hesabı ilə məğlub edərək, qitənin ən mötəbər klub yarışının çərək fiinalı mərhələsinə vəsiqə qazanıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: