“Əl-Hilal” özünün dünya rekordu olan qələbə silsiləsini uzatdı

Martın 16-da Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 24-cü turunda “Damak”a qarşı ev oyunu “Əl-Hilal” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, sözügedən komanda bu oyunda 2:1 hesablı qələbə qazanmaqla özünə məxsus olan ardıcıl 28 oyunluq qələbə silsiləsini yeniləyib.

İndi “Əl-Hilal”ın hesabında bütün yarışlar çərçivəsində keçirdiyi oyunlarda qazanılmış 29 qələbə var. Üstəlik, bu, komandanın milli çempionat çərçivəsində ardıcıl 17-ci qələbəsi kimi əlamətdar olub.

Hazırda “Əl-Hilal” 68 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinə başçılıq edir.

Vurğulayaq ki, Səudiyyə Ərəbistanı nəhənginin müvafiq rekord silsiləsini bacardıqca uzatmaq imkanı var. Bunun üçün komandaya qələbələri mümkün qədər sıralamaq kifayətdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: