“Arsenal” “topçular”ın yapon sağ cinah müdafiəçisi Takehiro Tomiyasu ilə razılıq əldə edərək, müqaviləsini yeniləyib.
Arena.az bu barədə “Arsenal”ın rəsmi sayıtna istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti açıqlanmasa da, “topçular”ın düşərgəsindən bunun uzunmüddətli müqavilə olduğu bəyan edilib.
Xatırladaq ki, buna qədər, Takehironun “Arsenal”la müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə bağlayacağı barədə məlumat yayılmışdı.
Takehiro Tomiyasu “Arsenal”a 2021-ci ilin avqustunda 18,60 milyon avro müqabilində “Bolonya”dan keçib.
Tomiyasu cari mövsümdə “Arsenal”ın heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib. Vurğulayaq ki, Tomiyasu ötən ilin dekabrında ağır zədələnib və hazırda bərpa keçir.
Takehiro “topçular”la 2024 İngiltərə Super Kubokunun qalibi olub və bu, yapon futbolçunun böyük futbolda ilk qənimətidir.
Tomiyasu 2018-ci ilin oktyabrında debüt etdiyi Yaponiya yığmasının heyətində 37 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı yapon sağ cinah müdafiəçisi Takehiro Tomiyasunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


