Tçuameni qisas planı haqda düşünür

“Real”ın fransalı dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni ÇL-in 1/4 final mərhələsində “Mançester Siti” ilə oyunlar haqda fikrini paylaşıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, fransalı “dayaqçı”nın bu barədə fikirlərini təqdim edir:

“Biz “Real”ıq, biz qorxa bilmərik. Keçən il onlar bizi ələdilər və biz qisas alacağıq, çünki biz “Real”ın simasını göstərmək istəyirik. Ən yaxşı olmaq üçün ən yaxşısını məğlub etmək gərəkdir. İyun ayında kuboku qazanmaq üçün oyundan oyuna çıxacağıq”, deyə Tçuameni əminliklə vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” Çempionlar Liqasının cari çempionudur. Ötən yarışın yarımfinalında Xosep Qvardiolanın “şəhərlilər”i “Real”ı ümumi hesabda 5:1 hesabı (səfərdə: 1:1, evdə: 4:0) ilə məğlub edərək yarışın finala vəsiqə qazanmşdılar. Finalda isə “Mançester Siti” “İnter”i 1:0 hesabı ilə məğlub etmişdi.

Çempionlar Liqasının 2021/2022 mövsümndə isə “Real” 1/4 final mərhələsində “Mançester Siti”ni ümumi hesabda 6:5 hesabı (səfərdə: 3:4, evdə: 3:1) ilə məğlub edərək, sonda çempionluğu bayram etmişdi.

“Mançester Siti” ilə “Real” arasında ilk oyun aprelin 9-da Madriddə, cavab oyunu isə aprelin 17-də Mançesterdə keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: