Argentina yığmasının baş məşqçisi Lionel Skaloni qarşıdakı Amerika Kubokunda komandanın heyətində yalnz iki futbolçuya təminat verib.
Arena.az bu barədə jurnalist Qaston Edula istinadən məlumat verir:
“Yalnız Messi və Di Mariyanın Amerika Kubokundakı heyətdə yerlərinə zəmanət verilir”, deyə argentinalı mütəxəssis bildirib.
Xatırladaq ki, Amerika Kuboku bu yay iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək. Argentina yığması Amerika Kubokun cari çempionudur.
Lionel Messi ötən ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Cari mövsümdə “Leo” “vağlar”ın heətində bütün yarışlarda 5 oyuna 5 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci ilin avqustunda debüt edib. 19 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Anxel Di Mariya ötən ilin yayında “Yuventus”dan azad agent qismində əvvəllər çıxış etdiyi “Benfika”ya qayıdıb. Cari mövsümə argentinalı vinger “qartallar”ın heyətində 39 oyuna 15 qol, 11 məhsuldar ötürmə ilə fərqlənib.
Di Mariya hazırda vitse-kapitanı olduğu Argentina yığmasında 2008-ci ilin sentyabrında debüt edib. Bu illər ərzində Di Maria yığmada 138 oyuna 30 qol vurub və 30 məhsuldar ötürmə verib.


