Yüksək Liqa: Mövsümün son iki turunun oyun cədvəli açıqlandı

Kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) növbəti oyunlar aprelin 4-də və 8-də keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Aprelin 4-də saat 17:00-da “Murov” klubunun idman zalında MOİK və “Murov” komandaları üz-üzə gələcəklər.

Həmin gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Azərreyl” və “Neftçi” komandaları qarşılaşacaqlar. Bu matç saat 17:00-da başlayacaq.

Aprelin 8-də çempionatın son turunun oyunları baş tutacaq. “Murov”un idman zalında “Neftçi” və MOİK komandaları üz-üzə gələcəklər. Günün digər oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov” və “Azərreyl” komandaları arasında olacaq. Hər iki oyun saat 17:00-da başlayacaq.

Yüksək Liqa
4 aprel

17:00. MOİK – “Murov”
“Murov” Voleybol Klubunun idman zalı.

17:00. “Azərreyl” – “Neftçi”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

8 aprel

17:00. “Neftçi” – MOİK
“Murov” Voleybol Klubunun idman zalı.

17:00. “Murov Az Terminal” – “Azərreyl”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.