Birinci Liqa: “İmişli” Mingəçevirdə son dəqiqə qolu ilə sevindi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 20-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Mingəçevir” doğma meydanda “İmişli” ilə münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu oyunun 90+3-cü dəqiqəsində vurduqları yeganə qol sayəsində qələbə qazanıblar.

Turun qalan görüşləri aprelin 4-də və 5-də keçiriləcək.

Birinci Liqa
20-ci tur
3 aprel

“Mingəçevir” – “İmişli” 0:1
Qol: Elnur Cəfərov, 90+3.
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Teymur Teymurov, Şamil İmanzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

4 aprel

“Difai Ağsu” – “Qaradağ Lökbatan”
Hakimlər: İslam Məmmədov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu, 14:30.

“İrəvan” – “Araz Saatlı”
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Zakir Şükürzadə, Alik Yunusov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “ASK Arena”, 15:00.

5 aprel

“Zaqatala” – “Karvan”
Hakimlər: Vüqar Həsənli, Kərim Zeynalov, Asif Abdullayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Zaqatala OİK stadionu, 14:00.

MOİK – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Elvin Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: