Aleksander Nübel “Bayern”ə qayıtmaq istəmir

“Bayern”in “Ştutqart”da icarə əsasında çıxış edən alman qapıçısı Aleksander Nübel Münhen klubundakı gələcəyindən danışıb.

Arena.az Nübelin bu barədə fikirlərini təqdim edir:

“Bayern”lə daha bir illik müqaviləm var, amma “Ştutqart”da özümü çox rahat hiss edirəm. Danışacağıq, amma “Ştutqart”da qalmaq mütləq çox, çox yaxşı seçimdir. Mən bunu açıq deyə bilərəm”.

Xatırladaq ki, “Bayern”in qapıçısı Bundesliqanın digər təmsilçisi “Ştutqart”a 2023-cü ilin iyul ayında icarə əsasında keçib. 27 yaşlı qolkiper bu ilin 30 iyununa kimi icarədə olacaq. “Ştutqart” 1 illik icarəyə görə “Bayern”ə 1 milyon avro ödəyib. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti isə 2025-ci ilin 30 iyununa kimidir.

Aleksandr Nübel 2020-ci ilin yayından “Bayern”də olsa da, bu komandada cəmi 4 oyuna çıxıb. 4 qol buraxıb, 1 “quru” matç keçirmiş alman qolkiper daha öncə iki mövsüm “Monako”da icarədə olub. O, “Bayern”ə gələnə qədər də “Paderborn” və “Şalke”də oynayıb.

Nübel bu mövsüm “Ştutqart”da 28 oyun keçirib. O, bu oyunlarda 34 qol buraxıb. Təcrübəli qolkiper 11 görüşdə qapısını toxunulmaz saxlamağa nail olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: